Əsəddən şok: O casusu MİT öldürüb…

Əsəddən şok: O casusu MİT öldürüb…

İstanbulda ölən Britaniyanın Mİ-6 kəşfiyyatının keçmiş əməkdaşı Ceyms Le Mejuriyeri Qərb kəşfiyyatı öldürtdürüb.

Bunu Suriya Prezidenti Bəşər Əsəd "RİA Novosti"yə açıqlamasında deyib. O, Türkiyə kəşfiyyatının bu ölümü məhz Qərbin sifarişiylə gerçəkləşdirdiyini deyib:

"Bu, əlbəttə, kəşfiyyat xidmətlərinin işidir. Amma hansı kəşfiyyat xidmətinin? Təbii ki, bütövlükdə bu, Qərb kəşfiyyat xidmətləri, Türkiyə kəşfiyyatı və digərlərinin işi ola bilər. Bunlar müstəqil dövlətlərin kəşfiyyat xidmətləri yox, əsas olaraq MKİ-nin bölmələridir.

Böyük ehtimalla türk kəşfiyyatı xarici xüsusi xidmətlərin sifarişiylə bu tapşırığı icra edib. Bunun sadəcə təxmin olduğunu təkrar edirəm, amma Qərb xüsusi xidmətləri və onlara çalışan, bir-biriylə iş birliyi olanların tipik işləmə forması belədir".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31