Daha bir ölkə “Notr - Dam”-ın yenidən qurulmasına kömək edəcək

Rusiya Notr - Dam kilsənin yenidən qurulmasına kömək təklif edib. 

Olaylar.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko bildirib.

Şvıdko ölkələr arasında danışıqların bir il davam etdiyini qeyd edib. Onun sözlərinə görə, rəsmi Paris Rusiyanı yanğından sonra Notr- Dam kilsəsinin bərpasında iştirakına razılıq verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31