Əfqanıstanda 4 hakim öldürülüb

Əfqanıstanda 4 hakim öldürülüb

Əfqanıstanın Loqar vilayətində dörd məhkəmə hakimi qətlə yetirilib.

Faktı yerli polis rəsmiləri təsdiqləyib.

Polisdən bildirilib ki, hakimlər həftəlik tətil üçün evə qayıdarkən onların olduğu avtomobil Məhəmməd Ağa rayonunun Baqi Abad bölgəsində yaraqlıların pusqusuna düşüb.

Polis hadisənin "Taliban" tərəfindən törədildiyini bildirsə də, hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Araşdırmalar davam edir.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31