Bu şəxs ABŞ dövlət katibinin birinci müavini olacaq - Tramp açıqladı

Bu şəxs ABŞ dövlət katibinin birinci müavini olacaq - Tramp açıqladı

Prezident Donald Tramp dövlət katibinin birinci müavini vəzifəsinə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın namizədliyini irəli sürüb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda ABŞ dövlət katibinin birinci müavini Con Sallivanın yerinə Miçiqan ştatından Stiven Biqanın namizədliyinin senata göndərildiyi bildirilir.

Hazırda Sallivanın ABŞ-ın Rusiya Federasiyasında səfiri vəzifəsinə namizədliyi təsdiqlənmə prosedurunu keçir. O, Dövlət Departamentində terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq barədə danışıqlar aparılmasına məsul olub.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31