Fəxrəddin Altun: “Türkiyə terrorla mübarizədə əzmli və qərarlıdır”

Fəxrəddin Altun: “Türkiyə terrorla mübarizədə əzmli və qərarlıdır”

"ABŞ siyasi xadimləri və siyasətçilərin bir terror təşkilatının lobbiçiləri tərəfindən şantaj edilmələrinə imkan vermələri təəssüf edici haldır. NATO müttəfiqi ilə strateji əlaqələrə ziyan vurmaq məsuliyyəti terror qrupları ilə tərəfdaşlıq edənlerin üzərinə düşəcəkdir."

Olaylar.az bildirir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun tvitter səhifəsində açıqlayıb.

Onun sözlərinə görə prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, Türkiyənin qərarlılığına mane olmaq üçün edilən hər hansı bir cəhdin bizim üçün hökmü yoxdur:

"Türkiyə terrorla mübarizədə əzmli və qərarlıdır. Biz bunu xalqımızın və bütün dünyadakı insanların təhlükəsizliyini təmin etmək üçün edirik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31