Husilər ABŞ-ın pilotsuz təyyarəsini vurdu
Husilər ABŞ-ın pilotsuz təyyarəsini vurdu
1 Noyabr 2019 12:42 DünyaSəudiyyə Ərəbistanında ABŞ istehsalı olan pilotsuz təyyarəsi vurulub.
Olaylar.az xəbər verir ki,bu barədə "Reuters" informasiya yayıb.
Xəbərə görə, hadisəni Yəməndəki İran dəstəkli Husi üsyançıları törədib. Husilərin mətbuat katibi Yəhya Sareya verdiyi açıqlamada PUA-nın ABŞ istehsalı olduğunu təsdiqləyib.
PUA-nın kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirdiyi iddia edilir. Səudiyyə Ərəbistanı rəhbərliyindəki beynəlxalq koalisiya məsələ ilə bağlı açıqlama verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31