Deputat parlamentin iclasında ağladı – Şok video
Deputat parlamentin iclasında ağladı – Şok video
1 Noyabr 2019 11:50 DünyaUkrayna Ali Radasının deputatı, "Xalqın xidmətçisi" fraksiyasının üzvü Anna Skoroxod parlamentin iclasında həmkarlarının Ukraynanın qaz nəqliyyatı sisteminin balanslaşdırılması haqqında qanun layihəsinə düzəlişləri dəstəkləməməsi səbəbindən üçün ağlayıb.
Hadisənin videosu "Ukrainskaya pravda" qəzetinin "YouTube" kanalında yayımlanıb.
"Biz dünən komitədə bir növ razılığa gəldik. Bu gün bütün mətni yenidən oxuduğum zaman bu razılaşmalara əməl olunmadığını gördüm", - deyə deputat bildirib.
Bundan sonra Ali Radanın spikeri Dmitri Razumkov deputata müraciətlə "xahiş edirəm ağlamayın" deyib.
Bundan əvvəl Ukrayna Ali Radası ilk oxunuşda "Naftoqaz"la bağlı qanun layihəsini ilk oxunuşda dəstəkləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31