Güclü zəlzələ baş verdi

İndoneziyanın Şimali Sulavesi əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

İndoneziyanın Şimali Sulavesi əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu zəlzələnin episentrinin 10 km dərinlikdə yerləşdiyini açıqlayıb.

İlkin məlumata görə, ölən və yaralanan olmayıb, sunami xəbərdarlığı verilməyib.

Xatırladaq ki, 28 sentyabr 2018-ci ildə Sulavesi adasında baş verən 7,5 bal gücündə zəlzələ və ardınca yaranan sunami 4340 nəfərin həyatına son qoymuşdu.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31