Rusiya ordusunda daha bir insident: komandirin şkafından əsgər meyiti tapıldı
Rusiya ordusunda daha bir insident: komandirin şkafından əsgər meyiti tapıldı
31 Oktyabr 2019 15:47 DünyaRusiya ordusunun çağırışçı əsgərinin meyiti hərbi hissənin komandirinin şkafında tapılıb.
Hadisə Kaluqa vilayətnin Kozelsk şəhərindəki hərbi hissədə baş verib. "Kommersant" yazır ki, oktyabrın 16-da 21 yaşlı hərbi qulluqçu özünü asaraq intihar edib. Ölüm haqda şəhadətnaməyə əsasən əsgər Sergey Safonov "boğulma nəticəsində" ölüb. Lakin əsgərin yaxınları onun meyiti üzərində döyülmə, zorakılıq izlərinin olduğunu deyirlər.
Əsgərin yaxınlarından biri deyib ki, onun dəfninə hazırlıq gedəndə sifətinin qrimləndiyini görüblər.Morqun işçiləri meyiti yuyub və bu zaman əsgərin bədənində döyülmə izləri aşkarlanıb. Döyülməni müstəqil ekspertiza da təsdiqləyib.
Bildirilir ki, əsgər hərbi hissədə oğurluq halları barədə komandirə şikayət edib, bunan sonra Safonovun problemləri başlayıb. Onu tez-tez döyüblər və incidiblər. Əsgərin meyitinin nədən komandirin şkafında olduğu barədə danışılmır.
Virtualaz.org