Suriyalılar geri dönür - Sülh Çeşməsi əməliyyatı məqsədinə çatır

Suriyalılar geri dönür - Sülh Çeşməsi əməliyyatı məqsədinə çatır

Türkiyənin cənub sərhəddində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı Sülh Çeşməsi əməliyyatının hədəflərindən biri olan suriyalıların geri dönüşü reallaşır.

Olaylar.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Koordinasiya Mərkəzinin sözcüsü Jens Laerke, 23 oktyabrdan bu yana Sülh Çeşməsi əməliyyatının keçirildiyi bölgəyə 74 min Suriya vətəndaşının geri döndüyünü bildirdi.

Anadolu Agentliyinə (AA) verdiyi müsahibədə J.Laerke bildirib: "Türkiyənin əməliyyat keçirdiyi Suriyanın şimal-şərqində başlanğıcda 180 min vətəndaşın yerindən-yurdundan edildiyi bildirilmişdi. Bunların 106 mini hələ qayıtmayıb, ancaq təxminən 74 min suriyalı geri dönüb."

Qeyd edək ki, Sülh Çeşməsi əməliyyatı Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə sülh ve əmin-amanlıq gətirmək məqsədilə 9 oktyabrda başladılıb.

17 oktyabrda Türkiyə ilə ABŞ arasında Sülh Çeşməsi əməliyyatı ilə bağlı 13 maddəlik ortaq bəyanat hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31