Zəlzələdən prezidentin evində də çatlar yarandı
Zəlzələdən prezidentin evində də çatlar yarandı
31 Oktyabr 2019 13:45 DünyaFilippinin Davao şəhərində baş vermiş zəlzələ nəticəsində prezident Rodriqo Dutertenin evində çatlar əmələ gəlib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar zamanı prezident həmin evdə olub.
Evin divarında və tavanında çatlar yaranıb, prezident özü xəsarət almayıb.
Qeyd edək ki, Davao şəhərində Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ, daha sonra bir neçə təkan qeydə alınıb. Son məlumatlara görə, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31