ABŞ tarixinin ən dəhşətli qatili- 93 qadını boğaraq öldürüb
ABŞ tarixinin ən dəhşətli qatili-93 qadını boğaraq öldürüb
8 Oktyabr 2019 13:07 DünyaABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) 35 il ərzində 93 qadını boğaraq öldürdüyünü söyləyən Samuel Littl adlı məhkumun iddialarını təsdiqləyib. Olaylar.azxəbər verir ki, FBİ bu şəxsi ABŞ tarixinin ən böyük seriyalı qatil olduğunu bildirib.
2012-ci ildən Kaliforniyada həbsdə olan 79 yaşlı Samuel ötən il 1970-2005-ci illər arasında müxtəlif ştatlarda 93 nəfəri qətlə yetirdiyini iddia etmişdi. FBİ isə 50-ə qədər cinayətin məhz Littl tərəfindən işləndiyini müəyyən edib.
Samuelin qətlə yetirdiyi insanların bir çoxunun narkotik vasitə, qəza və ya qeyri-müəyyən səbəblərə görə öldüyü açıqlanmış, bəzilərinin meyitləri tapılmamışdı.
Bundan əlavə, FBİ öldürülən 30 nəfərin Littl tərəfindən həbsxanada çəkilmiş rəngli rəsmlərini yayımlayıb. Qadınların bir çoxu qaradərilidir.
Sonxeber.az