Trampın Türkiyə təhdidindən sonra lirənin məzənnəsi düşdü
Trampın Türkiyə təhdidindən sonra lirənin məzənnəsi düşdü
8 Oktyabr 2019 11:50 DünyaABŞ prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv etmək təhdidindən sonra lirənin məzənnəsi düşüb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, düşmə 2,31% təşkil edib.
Bu barədə "MarketWatch" saytı məlumat verib.
Hal-hazırda lirənin qiyməti 5,83 təşkil edir.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın şimal-şərqində təhlükəsizlik zonasını yaratmaq məqsədilə əməliyyata müstəqil şəkildə başlamağa hazır olduğunu bildirib. Bu açıqlamadan sonra Tramp öz "Twitter" səhifəsində yazıb: "Əgər Ankara öz həddini aşsa, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31