Hollivud ulduzu Zelenskiy və Trampın karikaturasını nəşr etdi – Foto

Hollivud ulduzu Zelenskiy və Trampın karikaturasını nəşr etdi – Foto

Məşhur amerikalı aktyor Cim Kerri "Twitter"-də Ukrayna prezidenti Vladimir Zelenskiy və onun həmkarı Donald Trampın karikaturalarını paylaşıb.

Olaylar.az bildirir ki, şəkildə Donald Tramp Ukrayna prezidentinə "Xaç atası" filminin baş qəhrəmanının sözlərini söyləyir.

"Bir gün mən səndən bir şey xahiş edəcəyəm. Lakin o vaxta qədər hərbi yardım şəklində olan hədiyyəmi qəbul et", - karikaturada yerləşdirilmiş yazıda qeyd olunur.

"Zelenskiy bu təklifi rədd edə bilmir", - deyə Kerri karikaturaya şərh bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31