Qəznidə universitet yaxınlığında partlayış - Yaralananlar var
Qəznidə universitet yaxınlığında partlayış - Yaralananlar var
8 Oktyabr 2019 11:37 DünyaƏfqanıstanın Qəzni vilayətində partlayış olub. Partlayış universitet binası yaxınlığında qeydə alınıb.
Məlumata görə, insident nəticəsində 13 nəfər yaralanıb. Yaralananların hamısının gənclər olduğu deyilir.
Partlayışın hansı səbəbdən baş verməsi və hadisə ilə bağlı başqa detallar açıqlanmır.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və polis cəlb edilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31