Yalnız Tarantino filmlərində gördüklərimiz

Yalnız Tarantino filmlərində gördüklərimiz

Dünyanın ən yaxşı rejissorlarından syılan Kventin Tarantinonun bütün kinolarına öz xüsusi xətti məxsusdur, ona gorə də başqa rejissorların işlərini Tarantino filmləri ilə səhv salmaq çətindir.

Olaylar.az bildirir ki, hər şeydən öncə onun filmləri dolaşıq və parçalanmış xronologiya axını ilə fərqlənir, ondan başqa qanlı səhnələrin tam açıq və dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənməkdədir. 

Tarantino filmlərinə başqa kiçik əlamətlər də məxsusdur.

Qəhrəmanlar adətən "General motors" avtomobillərini idarə edirlər, əsasən "Chevrolet" və "Cadillac" markalarını. Kinoların hamısında nəsə holland yer almaqdadır.

Demək olarki Tarantinonun bütün kinolarında mexican standoff səhnəsi vardır, bu səhnədə bir neçə qəhrəman bir birlərinə silah yönəldirlər.

Kinolarda çoxlu sayda close up ve daha çox extreme close upchr("39")da çəkilmiş bədən hissələri və ya əşyalar var, maşın baqajnikindən çəkən kamera rakursları rejissorun bütün filmlərində yer alır. Qəhrəmanların çoxu ləqəqblənir. Kinoda reklama nifrət etdiyinə görə, Tarantino tez tez uydurlmuş brendlərdən istifadə edir.

Ssenarilərin coxunda azyaşlı uşaqların valideyinlərinin oldürülmə səhnələrini görmək olar

Daha çox Tarantino Harvi Keytel, Maykl Medsen, Uma Turman, Tim Rot, Semuel L. Cekson kimi aktyorlarla işləməyə üstünlük verir.

Rejissorun hər filmində (Death Proof filmini nəzərə almasaq) Skorsezenin "Mean Streets" filmində oynayan aktyorlardan biri çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31