Donetskdə rus bayrağı asıldı – Qalmaqal
Donetskdə rus bayrağı asıldı – Qalmaqal
22 Avqust 2019 16:16 DünyaUkraynanın Donetsk vilayətində Rusiya bayrağı asılıb.
Olaylar.az xəbər verir ki, yerli sakinlər bu gün Rusiya bayrağının separatçılara məxsus bayraqla yanaşı asıldığını görüblər.
Bayraq yerli kitabxana, Xalq Şurasının binasının damında və Lenin heykəlinin olduğu əsas meydanda dalğalanıb.
Bayrağın avqustun 22-də Rusiya Dövlət Bayrağı Gününün qeyd olunması ilə əlaqədar asıldığı ehtimal edilir.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31