56 yaşında ilk dəfə ATA OLACAQ
56 yaşında ilk dəfə ATA OLACAQ
22 Avqust 2019 15:57 DünyaKino pərəstişkarlarının sevimli rejissoru Kventin Tarantino 56 yaşında ata olacaq.
Olaylar.az xəbər verir ki, bir-birindən nəfis ekran əsərlərinin yaradıcısı Tarantino ötən ilin noyabrında ilk dəfə ailə qurub. Toydan 9 ay sonra isə həyat yoldaşının hamilə olduğu xəbərini alıb.
Rejissorun meneceri mediaya verdiyi açıqlamada Kventinlə Daniella cütlüyünün çox xoşbəxt olduğunu vurğulayıb.
Xatırladaq ki, cütlük 10 ildir birgə yaşayır. Ötən il münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər. 9 ay sonra dünyaya gələcək körpə 56 yaşlı rejissorun ilk övladıdır.
Tarantinonun "Bir dəfə Hollivudda" adlanan son filmi hazırda dünyanın bir çox ölkələrinin kinoteatrlarında anşlaqla qarşılanır.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31