Uçan taksi təqdim edildi - Almaniyada

Uçan taksi təqdim edildi - Almaniyada

Almaniyanın "Volocopter" startapı kommersiya istifadəsi üçün nəzərdə tutulmuş - "VoloCity"ni təqdim edib. Bu, əl yükü olan iki insanı saatda 110 km-dək sürətlə 35 km-dək məsafəyə daşıya bilən uçan taksidir. Yeni hazırlama vertolyot vintləri əvəzinə daha az səs çıxaran rotorlarla təchiz edilib.

"VoloCity" - bu, dördüncü nəsil avtomobildir, ilk üç nəsil sınaq və nümayiş məqsədilə hazırlanıb, 1000-dən çox uçuş həyata keçirilib. Şirkətin nümayəndəsi bildirib ki, onlar layihələşdirmə vaxtı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən müəyyənləşdirilmiş standartlara əsaslanıblar.

İndi "Voloctoper" uçuş və eniş üçün portların yaradılmasını, həmçinin şəhərlərdə hava hərəkətinin idarəetməsini nəzərdə tutan infrastruktur və ekosistemin inkişafı ilə məşğul olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31