1912-ci ildə batan Titanik gəmisi illər sonra - FOTO
1912-ci ildə batan Titanik gəmisi illər sonra - FOTO
22 Avqust 2019 13:53 DünyaAtlantik okeanında batan Titanik gəmisinin yeni görüntüləri əldə edilib.
Olaylar.az xəbər verir ki, okeanın dibində olan Titanikin ilk dəfə 4K effekti ilə şəkilləri çəkilib. Tədqiqatçılar tərəfindən çəkilən görüntülər "Atlantic Productions" şirkətinin rəsmi tvitter səhifəsində paylaşılıb.

Görüntülərdə əfsanəvi gəminin qalıqlarının çürüdüyünü və üzərini yosun tutması əks olunub.
Qeyd edək ki, "Tanrının belə batıra bilməyəcəyi gəmi" şüarı ilə təqdim olunan Titanik gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Nəticədə 1514 nəfər həlak olub, 705 nəfər xilas edilib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31