Təyyarə qalxma-enmə zolağında yandı – FOTO,VİDEO
Təyyarə qalxma-enmə zolağında yandı – FOTO,VİDEO
22 Avqust 2019 12:03 DünyaABŞ-ın Kaliforniya ştatında "Cessna" təyyarəsi yanıb. Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Oroville şəhərindəki hava limanında qeydə alınıb. Bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Məlumata görə, təyyarə qalxma-enmə zolağında texniki nasazlıq səbəbindən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb. Göyərtədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər. Polisin "Twitter" hesabından yaydığı fotoşəkillərdə təyyarənin iki hissəyə bölündüyü və tamamilə yandığı görülür.
İnsidentlə bağlı araşdırmalara aparılır.
minval.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31