ABŞ tarixinin ən savadlı jurnalisti vəfat etdi
ABŞ tarixinin ən savadlı jurnalisti vəfat etdi
22 Avqust 2019 11:52 DünyaMəşhur amerikalı teleaparıcı Cek Perkins 85 yaşında dünyasını dəyişib. Bu barədə "The Washington Post" yazıb.
Mərhumun oğlu Erikin sözlərinə görə, atası son illər parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Perkins jurnalist karyerasına "NBC" telekanalında xarici büro müxbiri kimi başlayıb. O, 1960-cı illərin ən əsas hadisələrini (Vyetnam müharibəsi, prezident Con Kennedinin qətli və s.) işıqlandırıb. Daha sonra o, kanalın Kaliforniya ştatındakı şəxsi müxbiri olub. Jurnalist 1968-ci ildə öldürülən Robert Kennedinin ölümünü işıqlandırdıqdan sonra məşhurlaşıb. O, ümumilikdə, 21 il müxbir işləyib. Daha sonra o, "NBC"nin Los-Anceles filialında yerli xəbərlərin aparıcısı olub. 1986-cı ildə işdən ayrılan Perkins həyat yoldaşı ilə Men adasına köçüb. 5 ildən sonra teleaparıcı "A&E" kabel kanalından əməkdaşlıqla bağlı təklif alıb. O, "Biography" layihəsinə aparıcılıq edib. "Associated Press" agentliyinin versiyasına görə, Perkins ABŞ tarixində ən savadlı jurnalist olub.
qafqazinfo.az