Britaniya telekanalı Putin haqqında film çəkəcək
Britaniya telekanalı Putin haqqında film çəkəcək
22 Avqust 2019 11:08 DünyaBöyük Britaniyanın "Channel 4" telekanalı Rusiya Prezidenti Vladimir Putin haqqında sənədli film çəkməyə hazırlaşır.
Rusiya, ABŞ, Avropa və Britaniyada çəkiləcək, üç bölümdən ibarət sənədli filmdə Rusiya liderinin cavanlığı, kəşfiyyatçı bacarıqları, eləcə də siyasi karyerasından danışılacaq.
Prodüser Ceyms Roqanın sözlərinə görə, hazırda dünyada baş verənləri başa düşmək üçün Vladimir Putini anlamaq lazımdır.
Telekanalın əməkdaşı Fatimə Salariya əlavə edib ki, yeni film hamını maraqlandıran fiqura yeni baxış bucağı açacaq.
Filmin dəqiq yayım tarixi hələlik açıqlanmayıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31