Bu şəxslərin yerini deyənə 5 milyon dollar veriləcək

Bu şəxslərin yerini deyənə 5 milyon dollar veriləcək

ABŞ Dövlət Departamenti İŞİD-in bəzi yüksək rütbəli rəhbərlərinin yeri və kimliyi barədə məlumat verən şəxslərə 5 milyon dollar pul təklif edir.

Olaylar.az  xəbər verir ki, Məhəmməd Said Abdül-Rəhman əl-Mövla, Sami Yasim, Məhəmməd əl-Caburi, Mutaz Numan və Nəcmi əl-Caburi ilə bağlı bilgi çatdıran şəxs sözügedən mükafatı əldə edəcək.

Bildirilib ki, 5 milyon dollar "Ədalət naminə mükafat" proqramı çərçivəsində təqdim ediləcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31