İran canlı quvvələrinin bazasında partlayış olub

İran canlı quvvələrinin bazasında partlayış olub

İraqın Diyala əyalətində İran nəzarətində olan Haşdi Şaabi paramilitar quvvələrin hərbi bazasında güclü partlayış baş verib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, hadisə zamanı ölən və yaralananlar  haqqında xəbər verilmir. Bəzi ərəb KİV- lərinin iddialarına görə partlayışlar İsrailə aid olan Pilotsuz Hava Aparatlarının hücumu nəticəsində baş verib. Hücumun əsas hədəfi isə bazaya İrandan gələn orta mənzilli ballistik raketlər olub. Hələlik olayla əlaqədar İsrail tərəfindən bir açıqlama gəlməyib. Bəzi İraq KİV- ləri hadisəni təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31