Qızların oxuduğu liseyə silahlı hücum: Dərslər dayandırıldı

Qızların oxuduğu liseyə silahlı hücum: Dərslər dayandırıldı

"Taliban" silahlıları Əfqanıstanın paytaxtı Kabulun Şəkərdərə qəsəbəsində yerləşən qızlar liseyinə hücum edib.

Olaylar.az  xəbər verir ki, hücum nəticəsində məktəb yararsız hala salınıb.

Əfqanıstan Təhsil Nazirliyinin sözçüsü Nuriyyə Nuzhet bildirib ki, liseydə 700 şagird təhsil alıb. Onun sözlərinə görə, məktəb yararsız hala salındığı üçün dərslər dayandırılıb.

"Taliban"ın hərbi qanadı isə yaydığı açıqlamada qızların təhsil aldığı liseyə hücum edilmədiyini bəyan edib.

teleqraf.com

Krasnodarda şaurma köşkünün qabağında atışma baş verdi - VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31