Prezident açıqladı: “Xərçəng xəstəliyinə tutulmuşam”
Prezident açıqladı: “Xərçəng xəstəliyinə tutulmuşam”
21 Avqust 2019 14:15 DünyaUruqvay dövlət başçısı Tabare Ramon Vaskesdə xərçəng aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu haqda prezident özü məlumat verib.
Bildirib ki, aparılan müayinə zamanı həkimlər ağciyərinin sağ hissəsində problem aşkar ediblər.
Xərçəng xəstəliyinə yaxalandığını ifadə edən prezident Vaskes əlavə edib ki, hazırda xəstəliyinin hər hansı mənfi təsirlərini hiss etmir. Səhhəti və müalicəsi ilə əlaqədar daha geniş informasiya gözləyir.
Qeyd edək ki, prezidentin səlahiyyət müddəti 2020-ci ilin martında başa çatacaq.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31