Hondurasın birinci xanımı 57 il həbs alacaq
Hondurasın birinci xanımı 57 il həbs alacaq
21 Avqust 2019 14:08 DünyaHonduras məhkəməsi ölkənin sabiq prezidenti Porfirio Lobonun xanımı Roza Elena Bonilllanı korrupsiya əməllərinə görə mühakimə edib.
Olaylar.az xəbər verir ki, ölkə məhkəməsi Bonillanı ərinin prezidentlik etdiyi 2010-2014-cü illərdə 600 min dollar əldə etməkdə günahkar sayıb.
Eyni məhkəmədə ittiham edilən Bonillanın qardaşı Maurikio Mora isə bəraət alıb.
Avqustun 28-də Bonilla haqqında məhkəmə hökmünü verəcək. Onun 57 il müddətinə həbs cəzası gözləyir.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31