Poroşenkoya qarşı 12-ci cinayət işi açıldı
Poroşenkoya qarşı 12-ci cinayət işi açıldı
21 Avqust 2019 13:49 DünyaKiyevin Solomensk Məhkəməsi sabiq prezident Pyotr Poroşenko və keçmiş xarici işlər naziri Pavel Klimkinə cinayət işi qaldırılması barədə qərar çıxarıb və qətnamə Ukrayna Antikorrupsiya Bürosuna göndərilib.
Olaylar.az xəbər verir ki, məhkəmə onları vəzifələrindən sui-istifadədə şübhəli bilib.
Qeyd edək ki, indiyə qədər Pyotr Poroşenkoya qarşı 11 cinayət işi açılıb. Poroşenko cinayət işiylə bağlı açıqlama verərkən, heç bir təqibdən qorxmadığını deyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31