13 yaşlı oğlan özünü qalstukla asdı - Dəhşətə gətirən səbəb - FOTO
13 yaşlı oğlan özünü qalstukla asdı - Dəhşətə gətirən səbəb - FOTO
21 Avqust 2019 12:35 Dünya13 yaşlı oğlanın intiharı ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Olaylar.az xəbər verir ki, məhkəmədən verilən məlumata görə azyaşlı oğlan özünü "xəyanət"lə üzləşdiyinə görə öldürüb.
Harry Storey adlı oğlan "Whatsapp"da dostlarına özünü öldürəcəyi barədə mesaj yazsa da, tanışları onun zarafat etdiyini düşünüblər.

Onun axırıncı izlədiyi TV verilişindəki intihar səhnəsindən təsirləndiyi ehtimal olunur. Belə ki, istədiyi qızın başqa oğlanla münasibətini öyrənən azyaşlı özünü asaraq öldürüb.
Hakimin dediyinə görə, ola bilsin ki, Harry özünü öldürmək niyyətində olmayıb, o, sadəcə gördüyü səhnəni canlandırmaq istəyib və nəticədə ölüb.
O, özünü "qalstuk"la asıb. Atası otağa girəndə oğlunun cansız bədənini gördükdə dəhşətə gəlib.
Hadisə Birləşmiş Krallıqda, Berkşir qraflığında baş verib.
milli.az