Toyda terror aktı qurbanlarının sayı 80-ə çatdı

Əfqanıstanın paytaxtı Kabildə toyda terror aktının qurbanlarının sayı 80 nəfərə qədər artıb.

Əfqanıstanın paytaxtı Kabildə toyda terror aktının qurbanlarının sayı 80 nəfərə qədər artıb.

Olaylar.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumatda daha əvvəl 63 ölü və 180-dən çox yaralının olduğu bildirilmişdi.

Partlayış şənbə günü 22.40-da Kabilin toy zallarından birində baş verib. Partlayış üçün məsuliyyəti "İslam dövləti" terror təşkilatı öz üzərinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31