Rusiyadan iki böyük dövlətlə bağlı – Təklif
Rusiyadan iki böyük dövlətlə bağlı – Təklif
21 Avqust 2019 11:47 DünyaRusiyanın G8-ə hüquq bərabərliyi olmadan geri qayıtması qəbuledilməzdir.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.
O, G8-in modernləşdirilməsi, Çinlə Hindistanın da bu formata qatılması gərəkdiyini bildirib:
"Rusiyanın yeddiliyə qayıtması, yalnız "yeddi birə qarşı" tələsindən qaçmaq mümkün olacağı halda məna kəsb edəcək. Bu formatın çinli və hindistanlı tərəfdaşlarımızı qatmaqla daha qətiyyətli modernləşdirilməsinin aparılması necə olar? Çin və Hindistan kimi ölkələr iqtisadiyyat və dünya siyasətinə təsir baxımından bütün əsaslara sahibdirlər".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31