Uruqvay prezidentində bədxassəli şiş aşkarlandı
21 Avqust 2019 06:50 DünyaUruqvay prezidenti Tabare Vaskesin ciyərində bədxassəli şiş aşkarlanıb. "RİA-Novosti"nin verdiyi xəbərə görə, prezident özü bu barədə jurnalistlərə danışıb. O deyib: "Xalqa bildirirəm ki, tomoqrafik müayinə zamanı ciyərimdə bədxassəli şişin olduğu aşkarlanıb".79 yaşlı prezident onu da qeyd edib ki, əlavə müayinə üçün bir, ya iki gün xəstəxanada qalmalı olacaq. O özünü yaxşı hiss etdiyini də vurğulayıb. İlk prezidentlik müddətində (2005-2010-cu illər) Vaskes nəhəng anti-tütün kampaniyasına rəhbərlik edib. Hətta bu dövrdə ölkə ən böyük siqaret istehsalçısı olan "Philip Morris"ə qarşı məhkəmə davası da açıb. Statistik məlumatlara görə, 2005-ci ildən bu günədək Uruqvayda 294 mindən çox adam siqaretdən imtina edib. Qeyd edək ki, oktyabrın 27-də ölkədə prezident seçkiləri keçiriləcək.