Pakistandan Hindistana "beşinci nəsil müharibə" ittihamı
Pakistandan Hindistana "beşinci nəsil müharibə" ittihamı
20 Avqust 2019 15:36 DünyaPakistan hökuməti Hindistanın Sutlej çayı üzərindəki anbarın qapaqlarını onlara bildirmədən açaraq, sel fəlakətinə səbəb ola biləcəyini, bu yanaşmanın "beşinci nəsil müharibə" tərzi olduğunu söyləyib.
İslamabad rəhbərliyi bu vəziyyətin Yeni Delhi hökuməti ilə aralarında olan uzunmüddətli razılaşmanı da heçə saymaq olduğunu deyib. Hindistan və Pakistan dünyada ən çox su çətinliyi çəkən ilk 15 ölkə arasındadır.
Hindistanın idarəsində olan və əhalisinin 68 %-i müsəlmanlardan ibarət olan Cammu Kəşmirin xüsusi statuslu quruluşunu ləğv etməsindən sonra iki ölkə arasında başlayan siyasi böhran gedərək, fərqli bir ölçüyə keçir.
Hadisədən sonra mövzuyla əlaqədar açıqlama verən Pakistan Su və Enerji İnkişafı Təşkilatı başçısı Müzəmmil Hüseyn Hindistanın onları diplomatik yollarla ayırmağa çalışdığını qeyd edərək "İqtisadiyyatımızı və su qaynaqlarımızı azaltmağa çalışırlar. Su problemi iqtisadiyyatımıza, əkinçilik və sulama ehtiyacımıza birbaşa təsir edir", - deyib.
Hüseyn Hindistanın "beşinci nəsil müharibə" siyasətinə müraciət etdiyini deyərək, Pakistanın Pəncab əyalətində sel gözlənildiyini və səlahiyyətlilərin su daşqınları üçün tədbir gördüyünü qeyd edib.
Pəncab əyaləti Fövqəladə Hal İdarəsi Mərkəzinin rəhbəri Xurrəm Şahzəd də Hindistanın pakistanlı səlahiyyətlilərə su axınını sərbəst buraxarkən xəbər vermədiyi iddiasını təsdiqləyib.
Hindistan Su Nazirliyi mövzuyla əlaqədar açıqlama verməsə də, hind bir səlahiyyətli musson yağışlarının təsirli olduğu mövsümdə anbar qapaqlarının açılmasının təkrarlanan (rutin) fəaliyyət olduğunu, axan su miqdarının da bildiriş etmək üçün lazımlı səviyyədə olmadığını qeyd edib. Pakistanlı səlahiyyətlilərin iddia etdiyi su daşqınlarının yaşanıb yaşanmadığı isə bilinmir.
Yeni Delhi və İslamabad rəhbərliyi Dünya Bankı vasitəsilə hazırlanan Hind Su müqaviləsi çərçivəsində Hind çayı və qollarından gələn su miqdarının paylaşılması mövzusunda razılaşmışdı. Pakistanın sulamağa ehtiyaclı əkinçilik sərmayələrinin 80 %-i iki ölkə arasında əldə edilən bu razılaşmaya bağlıdır.
Xatırladaq ki, Hindistan 5 avqustda yarım əsrdən uzun müddətdir Cammu Kəşmirə imtiyaz tanıyan konstitusiyanın 370-ci maddəsini ləğv edərək, bölgənin xüsusi statuslu quruluşunu ləğv etmiş, bölgəyə on minlərlə hərbi qüvvə göndərərək, telekommunikasiya xidmətləri və internet əlaqəsini əngəlləmişdi.
Mənbə: Euronews Oxunub: 23 dəfə; Tarix: 2019-08-20 15:13Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz. Sosial səhifələrdə paylaş Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.
EASTNEWS.ORG