Ermənistanda xəstəlik yayıldı
Ermənistanda xəstəlik yayıldı
20 Avqust 2019 15:28 DünyaErmənistanın Geqarkunik vilayətinin Gehovit kəndində 5 nəfərdə qarayara xəstəliyi tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Gehovit kəndinin iki sakini Martunidəki xəstəxanaya qarayara xəstəliyi ilə bağlı müraciət ediblər. Onlar bildiriblər ki, bir neçə gün əvvəl kənddə mal-qara kəsiblər. Sonradan daha 6 nəfər sakində bu xəstəliyin simptomları aşkar olunub", - nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, sakinlərdən götürülən DNT analizləri nəticəsində 5 nəfərdə bu xəstəlik aşkarlanıb və onlar İrəvandakı "Nork" infeksiya xəstəxanasına göndəriliblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31