Yuxuda edilən böyük kəşflər

Yuxuda edilən böyük kəşflər

Əksər məşhur elm adamları adi vaxtda tapa bilmədikləri elmi kəşfləri yuxularında görüblər. Bəlkə də elə buna görə hələ qədim zamanlardan insan beynini sirlərlə dolu tükənməz həyat mənbəyi adlandırıblar.

Olaylar.az bildirir ki, 1885-1962-ci illərdə yaşayan məşhur Danimarka alimi, atom fizikasının əsasını qoyan Nils Bor hələ tələbə ikən dünyanın elmi xəritəsini dəyişdirəcək elmi kəşflər etməyə cəhd edirdi. Bir dəfə o yuxuda gördü ki, "odla nəfəs alan" qatı qaz Günəşdədir və planetlər onun ətrafında fırlanır. O bu planetlərin hamısının hansısa nazik saplarla əlaqəli olduğunu gördü. Birdən qaz qatı kütləyə çevrildi, Günəşin və planetlərin həcmi də dərhal balacalaşdı. Nils Bor yuxudan oyanan kimi anladı ki, axtardığı atomun modelini tapıb. Onun sözlərinə görə Günəş nüvə, onun ətrafında fırlanan planetlər isə elektronlar idilər. Atomun modelini yuxuda görməsi və onun əsasında yeni elmi kəşfə imza atması Nils Bora dünya şöhrəti və Nobel mükafatı gətirdi. Sonralar Nils Bor atomun kəşfindən hərbi məqsədlər üçün istifadə edilməsinə qarşı çox mübarizə aparsa da, buna nail ola bilmədi. Borun bu kəşfi bəşəriyyəti hər an alt-üst etməyə qadir olan atom bombasının və digər dəhşətli silahların yaradılmasına gətirib çıxardı.

1873-1961-ci illərdə yaşayan digər Avstriya alimi, fizioloq, tibb və psixologiya üzrə Nobel mükafatına layiq görülən Otto Levi də elmi kəşflərini yuxuda görmüşdü. Otto Leviyə kimi tibb alimləri belə hesab ediridlər ki, impulslar orqanizmdə elektrik dalğası vasitəsi ilə hərəkət edirlər. Levi hələ tələbə ikən bununla razılaşmırdı. O iddia edirdi ki, əsəb impulslarının hərəkətinə kimya təsir göstərir. Amma o bunu sübut edə bilmirdi. 17 il bu sahədə axtarış aparandan sonra 1920-ci ildə Pasxa bayramı ərəfəsində yatan Levi yuxudan ayılaraq axtarışları ilə bağlı bir neçə qeyd etdi və yenidən yatdı. Yuxuda hansısa kəşfi etdiyini gördü, ancaq ayılanda onun şifrəsini tapa bilmədi. Ertəsi gün gecəyarı həmin yuxunu Levi yenidən gördü və dərhal da anladı ki, axtardığını tapıb. O yuxudan ayılaraq laboratoriyaya qaçdı və qurbağa üzərində yuxuda gördüyünü sınavdan çıxardı. Dərhal da müsbət nəticə aldı. Bununla da Levi əsəb impulslarının kimya əsasında hərəkət etdiyini kəşf etdi. Bu kəşf alimin Nobel mükafatı laueratı adı almasına gətirib çıxardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31