Barak Obama Ermənistana gedir
Barak Obama Ermənistana gedir
20 Avqust 2019 13:52 DünyaABŞ-ın keçmiş prezidenti Barak Obama, Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq, "Microsoft" şirkətinin qurucusu Bill Qeyts Ermənistana səfər edəcək.
Olaylar.az xəbər verir ki, "Jamanak" qəzeti adıçəkilən şəxslərin Ermənistanda oktyabrın 6-dan 9-na qədər informasiya texnologiyaları üzrə WCIT 2019- sammitində iştirak edəcəyini yazıb.
Nəşr 70 ölkədən 2500 nümayəndənin qatılacağı forumda iştirakçıların xərclərini sponsorların öz üzərinə götürdüyünü qeyd edib. Politoloq Suren Sarkisyanın sözlərinə görə, təkcə Obamanın səfər xərci 450-800 min dollara başa gəlir.
Ermənistan vətəndaşları üçün bir biletin qiyməti 400, başqa ölkələr vətəndaşları üçün isə 600 dollar təşkil edəcək.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31