Adamyeyən azadlığa buraxıldı – Foto

Adamyeyən azadlığa buraxıldı – Foto

15 il əvvəl dəhşətli cinayət törətdiyinə görə həbs olunan şəxs azadlığa buraxılıb.

Olaylar.az  "Mirror"a istinadən xəbər verir ki, İngiltərə sakini Pol Dyurrant 2004-cü ildə törətdiyi cinayəti etiraf edib. Dyurrant etirafında 41 yaşlı qadın tanışını Karen Darrelli döyərək öldürdüyünü, daha sonra isə hissələrə ayıraraq yediyini bildirib.

Bu hadisədən sonra cinayətin törədildiyi evdən bıçaq, mişar və çoxsaylı qan ləkələri aşkar olunub. Lakin, 2 uşaq anası Darrellin meyidini tapmaq mümkün olmayıb.

Cinayətkar törətdiyi əməldən sonra İspaniyaya qaçıb. Burada o 2 dəfə oğurluq edib. Dyurrantın həmçinin heroin qebul etdiyi qeyd edilib.

İspaniyada polislər tərəfindən saxlanılan Dyurranta insan öldürdüyünə görə 12 il həbs cəzası verilib. 2010-cu ildə adamyeyən İngiltərəyə ekstradisiya edilib(təhvil verilib). 9 il sonra həbs müddətini bitirən qatil artıq azadlıqdadır. Hazırda "adamyeyən" Dyurrantın 60 yaşı var. O, London şəhərində məskunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31