Nazarbayev mahnı yazıb klip çəkdirdi - VİDEO
Nazarbayev mahnı yazıb klip çəkdirdi - VİDEO
20 Avqust 2019 12:55 DünyaQazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev sözlərinin müəllifi olduğu mahnıya klip çəkdirib.
Klip N.Nazarbayevin "Instagram" səhifəsində yerləşdirilib.
Keçmiş dövlət başçısı klipdə dağın ətəyində gəzir və öz vətəni haqqında mahnı oxuyur.
Mahnının sözləri N.Nazarbayevə, musiqisi isə bəstəkar Altınbek Korazbayevə məxsusdur.
Kadr arxasında mahnını peşəkar artistlər ifa edirlər.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31