Ata öz övladını pəncərədən atmaq istədi – ANBAAN VİDEO
20 Avqust 2019 12:35 DünyaRusiyada ata öz övladını pəncərədən atmaq istəyib.Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Mordovya şəhərində baş verib. Belə ki, ata pəncərəyə çıxaraq öz uşağını atmaq istəyib. Hadisə yerinə gələn polislər bir tərəfdən ata ilə danışıb onu sakitləşməyə çalışıblar digər tərəfdən isə qonşunun eyvanından müdaxilə ediblər.Polislərin səyi nəticəsində uşaq xilas edilib. Övladını pəncərədən atmaq istəyən ata saxlanılaraq nəzarətə götürülüb.Xəstəxanaya çatdırılan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31