Gülnarə Kərimovaya qarşı YENİ İTTİHAM - dövlət mülklərini xarici şirkətlərə satıbmış

Gülnarə Kərimovaya qarşı YENİ İTTİHAM - dövlət mülklərini xarici şirkətlərə satıbmış

Korrupsiya və çirkli pulların yuyulmasına görə həbs edilmiş Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham qaldırılıb.
Olaylar.az  xəbər verir ki, Özbəkistan Baş Prokurorluğu Kərimovanın, qeyri-qanuni yollarla dövlət mülklərini özəlləşdirib xarici şirkətlərə satdığı üçün yenidən hakim qarşısına çıxarılacağını bildirib.
Prokurorluq həmçinin Kərimovanın bəzi şirkətləri satın almaq üçün mülk sahiblərini hədə-qorxu yolu ilə təhdid etdiyini açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə sənədləri saxtalaşdırmaq və çirkli pulların yuyulması ilə ittiham olunan G. Kərimova 10 il həbs cəzası alsa da, daha sonra bu cəza 5 illik ev həbsi ilə əvəzlənmişdi.
Lakin mart ayında Kərimova ev həbsinin qaydalarına əməl etmədiyi üçün yenidən həbsə göndərilmişdi.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31