Obamanın geyimi fantastik qiymətə satıldı - FOTO
Obamanın geyimi fantastik qiymətə satıldı - FOTO
20 Avqust 2019 11:58 DünyaABŞ-ın sabiq prezidenti Barak Obamanın basketbol forması auksionda 120 min dollara satılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Heritage Auctions" saytı məlumat verib.
Məlumatlara görə, auksion ötən həftə sonu Dallasda (Texas) keçirilib.
Auksionda bir çox məşhur idmançılarla yanaşı B.Obamanın da basketbol forması olub. Sabiq prezidentin bu geyimi oxuduğu Punaho məktəbinin yığma komandasında oynadığı illərə məxsus olub. O, 1979-cu ildə bu məktəbi bitirib, eyni zamanda öz komandası ilə basketbol üzrə dövlət çempionatına qatılıb.
Bildirilir ki, B.Obamanın geyimindən əldə edilən vəsait oxuduğu məktəbin büdcəsinə gedəcək.
Yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31