Trampdan Qrenlandiya mesajı: Söz verirəm ki... - Foto
Trampdan Qrenlandiya mesajı: Söz verirəm ki... - Foto
20 Avqust 2019 11:14 DünyaABŞ Prezidenti Donald Tramp Qrenlandiya adası ətrafında yaranan mübahisəni daha da qızışdıracaq addım atıb.
Olaylar.az xəbər verir ki, ABŞ lideri Tvitter səhifəsində Las-Veqasdakı "Tramp Tauver" binasının Qrenlandiya adası üzərinə yerləşdirilmiş fotokollajını paylaşıb. O, fotokollaja yazdığı şərhdə "Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm" sözlərini qeyd edib.
Xatırladaq ki, bundan öncə ABŞ mətbuatı Trampın Qrenlandiyanı almaq fikrində olduğunu və bunu müşavirləri ilə müzakirə etdiyini yazıb. Tramp sonradan özü də bu istiqamətdə müəyyən müzakirələr apardığını etiraf edib. Danimarka tərəfi isə Trampın bu iddialarına cavab olaraq, adanı heç vaxt satmayacaqlarını açıqlayıb.

axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31