İspaniyada səfirin 17 minlik saatı oğurlandı

İspaniyada səfirin 17 minlik saatı oğurlandı

Madrid şəhərində yaşayan Əfqanıstanın İspaniyadakı səfiri Barselonada soyğunçuların qurbanı olub. Bu barədə "El Periodico" qəzeti yazıb.

Belə ki, zərərçəkmişə hücum edən bir qrup naməlum şəxs onu döyərək 17 min avro dəyərində olan "Bvlgari" markalı saatını oğurlayıb. Səfir ayağından zədələnib.

Polis əməkdaşları cinayətkarların axtarışına başlayıb.

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31