Pedofil milyarder 600 milyonluq sərvət vəsiyyət edib
Pedofil milyarder 600 milyonluq sərvət vəsiyyət edib
20 Avqust 2019 10:30 DünyaYeniyetmələri cinsi istismara məruz qoymaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteyn intihar etməzdən iki gün əvvəl vəsiyyətnamə yazıb.
Bu barədə "New York Post" nəşri məhkəmə sənədlərinə istinadən məlumat verir.
Nəşrin məlumatına əsasən, pedofil milyarder özündən sonra dəyəri 600 milyon dollar olan sərvət qoyub. Onun sərvəti trast fondunda saxlanılacaq.
Sənəd imzalanarkən meksikalı narkobaron Xoakin Qusman Loeranın vəkillərindən biri də iştirak edib.
Xatırladaq ki, C.Epşteyn iyulun 6-da Nyu-Yorkda saxlanılıb. O, kriminal şəbəkənin yaradılmasında ittiham olunub. Bu şəbəkə ona yeniyetmə qızları cinsi istimara məruz qoymağa imkan verirdi.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31