Tramp indi də "Google"u ittiham edir - Seçki manipulyasiyası
Tramp indi də "Google"u ittiham edir - Seçki manipulyasiyası
20 Avqust 2019 10:11 DünyaABŞ prezidenti Donald Tramp "Google" şirkətini 2016-cı ildə keçirilən seçkilərdə manipulyasiya etməkdə ittiham edib.
Olaylar.az xəbər verir ki, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb.
ABŞ prezidenti bildirib: "İndicə hesabat çıxdı! 2016-cı ildə keçirilən seçkilərdə "Google" manipulyasiya yolu ilə Hillari Klintona 2,6 milyondan 16 milyona qədər səs əlavə edib! Bunu Trampın yox, Klintonun tərəfdarı dərc edir! "Google" şirkətini məhkəməyə vermək lazımdır. Mənim qələbəm düşünüldüyündəndə böyük olub!".
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31