Yəhudi nazirdən qalmaqallı açıqlama – Onu xalq yox, tanrı seçəcək...
Yəhudi nazirdən qalmaqallı açıqlama – Onu xalq yox, tanrı seçəcək...
19 Avqust 2019 17:41 Dünyaİsrailin Mədəniyyət və idman naziri Miri Regev ölkədəki seçkilərlə bağlı sensasiyalı açıqlama ilə çıxış edib.
Olaylar.az xəbər verir ki, Miri Regev Radio 103-ün "İsrail Evimiz" partiyasının lideri Aviqdor Libermanın növbəti baş nazir təyinatında həlledici amil olub-olmaması ilə bağlı sualına qeyri-adi cavab verib.
"İsrailin növbəti baş naziri xalq deyil, tanrı tərəfindən təyin olunacaq", - deyə nazir söyləyib.
Qeyd edək ki, İsraildə sentyabrın 17-də yenidən seçki keçirilməsi barədə qərar verilib. Bu İsrail tarixində ilk təkrar parlament seçkiləri olacaq.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31