Soyundu, nəhəng sərvət sahibi oldu – 24 yaşlı rus gözəlçə

Soyundu, nəhəng sərvət sahibi oldu – 24 yaşlı rus gözəlçə

Rusiyalı model Anastasiya Kvitko sponsorluq və reklam gəlirləri ilə nəhəng sərvət sahibi olub.

Olaylar.az xəbər verir ki, İnstaqramdakı paylaşımları ilə diqqət çəkən Anastasiya tez-tez açıq-saçıq fotoları ilə gündəmə gəlir.

Rusiyanın Kalininqrad şəhərində doğulan model cazibədar bədəni ilə diqqət mərkəzindədir.

24 yaşlı Anastasiyanın bədəni bir çox insanın xoşuna gəlsə də, o, həm də kəskin tənqidlərə məruz qalır. Bədəni ilə bağlı ona verilən sualları cavabsız qoymayan Kvitko estetik əməliyyat iddialarını təkzib edib.

Bir çox sosial şəbəkə istifadəçisi isə onun sözlərinin həqiqəti əks etdirmədiyini düşünür.

Anastasiya Kvitko modellik karyerası üçün ABŞ-a köçüb. Hazırda Mayamidə yaşayan model burada böyük bir sərvət sahibi olub. Lakin sahib olduğu sərvətinin həcmi açıqlanmır.

O, sosial şəbəkədəki izləyici sayını da artırmağa davam edir. Anastasiya Kvitkonun İnstaqramda 10 milyondan çox izləyicisi var.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31