Yəməndə 3 min il əvvələ aid yaşayış məskəni və mumiyalar tapılıb

Yəməndə 3 min il əvvələ aid yaşayış məskəni və mumiyalar tapılıb

Yəmənin paytaxtı Səna şəhəri yaxınlığında təxminən 3 min il yaşı olan qədim yaşayış məskəni və mumiyalar aşkar olunub.

Olaylar.az  xəbər verir ki, bu barədə "SABA" agentliyi husi hökumətinin mədəniyyət naziri Abdulla Əhməd əl-Kabsiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Səna yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı iki tapıntı üzə çıxarılıb - qədim yaşayış məskəni və qayalara oyulmuş məzarlar. Həmin məzarlarda daş dövrünün sonu və hətta bürünc dövrünə aid 3 min illik mumiyalar tapılıb.

Əl-Kabsi bildirib ki, tapılmış insan məskəni daşlardan tikilmiş evlərdən ibarətdir və bürünc dövrünün sonlarına aiddir. Məzarlar isə yaşayış məskəninin kənarında yerləşir.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31