Netanyahunun Ukraynaya səfəri yoldaşının qalmaqalı ilə başladı

Netanyahunun Ukraynaya səfəri yoldaşının qalmaqalı ilə başladı

O, kreslodan sıçrayaraq, pilotların kabinəsinə tərəf yollanıb

İsrailin Baş naziri Benyamin Netanyahunun Ukraynaya səfəri qalmaqalla başlayıb.

Olaylar.az  bildirir ki, bu barədə "Vesti İsrail" xəbər verir.

Səfər zamanı həyat yoldaşını müşayiət edən Sara Netanyahu laynerin komandirini İsrailin hava limanında təyyarəyə minərkən onu lazımi qaydada qarşılamadığına görə acılayıb.

O, kreslodan sıçrayaraq, pilotların kabinəsinə tərəf yollanıb. İçəriyə buraxılmadığı üçün Baş nazirin xanımını daha hirslənib.

Nəticədə, gəminin komandiri Netanyahu cütlüyünü Kiyevə enməyə 45 dəqiqə qalmış salamlayıb.

Bildirilir ki, o, Sara Netanyahunu uçuşdan öncə də salamlayıb, lakin ola bilsin, o, bunu eşitməyib, bu da insidentə gətirib çıxarıb.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31